Back to News
Hidro

2025-ci ildə azad edilmiş ərazilərdə 750 milyon kVts hidroenerji istehsal edilib

2025-ci ildə azad edilmiş ərazilərdə 750 milyon kVts hidroenerji istehsal edilib

AZƏRBAYCAN
HİDRO
YAŞIL ENERJİ ZONASI

2025-ci ildə işğaldan azad edilmiş ərazilərimizdə istismar olunan 307 MVt gücündə 38 su elektrik stansiyasında 750 milyon kilovat-saat yaşıl enerji istehsal edilib. 

Bu barədə "AzərEnerji" ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev Azərbaycan Prezidenti İlham Əliyevə yanvarın 13-də Ağdərə rayonunun Qozlukörpü kəndində "Qozlukörpü" Su Elektrik Stansiyasının (SES) açılışı zamanı məlumat verib.

Onun sözlərinə görə, bununla da 160 milyon kubmetr təbii qaza qənaət olunub, 280 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.

B. Rzayev dövlət başçısına bu stansiya, həmçinin Qarabağda və Şərqi Zəngəzurda yerləşən su elektrik stansiyalarının vəziyyəti, Tərtərçay silsiləsinin mövcud və perspektiv hidroenerji potensialı barədə məlumat verib.

O qeyd edib ki, Tərtərçayın hidroenerji potensialının 30 SES olması müəyyən edilib: "Hazırda 22 SES "Azərenerji" tərəfindən istismardadır, 5 SES-in tikintisi icra olunur, 3 SES-in inşası nəzərdə tutulur. Qeyd edək ki, Tərtərçay tamamilə ölkə daxilində formalaşır".

📰 Article Source & Attribution

This article was originally published on renewables.az

Plugin.az curates and aggregates renewable energy news from trusted sources to provide comprehensive coverage of Azerbaijan's clean energy sector. All credit goes to the original authors and publishers.

Read the original article: https://renewables.az/az/news/2025-ci-ild-azad-edilmi-razil-rd-750-milyon-kvts-hidroenerji-istehsal-edilib