Law on Energy
Official Translation | Unofficial Translation for Information Purposes
This Law, in accordance with Item 11 of Part I of Article 94 of the Constitution of the Republic of Azerbaijan, determines the general legal, economical, and managerial bases of activities in the energy sector, as well as mechanisms for ensuring energy security, forming a healthy competitive environment, supporting sustainable economic development, and providing consumers with reliable, quality, accessible, and safe energy.
Chapter 1. General Provisions
Article 1. Basic Concepts
1.1. The basic concepts used in this Law express the following meanings:
- 1.1.1. Energy sector – the sector of the economy encompassing exploration, development, production, processing, generation, storage, purchase and sale, import, export, transmission (transportation), distribution, and use of energy;
- 1.1.2. Activity in the energy sector – types of activities provided for in Article 5 of this Law and carried out in accordance with this Law;
- 1.1.3. Energy facility – a set of equipment, devices, and related structures used for the production, processing, transmission (transportation), distribution, and storage of energy;
- 1.1.4. Energy subject – a legal or natural person carrying out one or more types of activities in the energy sector;
- 1.1.7. Energy balance – a system of accounting indicators for separate energy types approved by the body (institution) determined by the relevant executive authority for the purpose of ensuring energy security, forecasting energy supply and demand, and fulfilling its indicators;
Article 2. Legislation on Energy
2.1. The legislation of the Republic of Azerbaijan in the energy sector consists of the Constitution of the Republic of Azerbaijan, international agreements to which the Republic of Azerbaijan is a party, this Law, the Laws of the Republic of Azerbaijan "On Electric Power", "On Gas Supply", "On the Use of Renewable Energy Sources in the Production of Electricity", "On Efficient Use of Energy Resources and Energy Efficiency", and other normative legal acts regulating relations in this field.
Chapter 2. Activity in Energy Sector
Article 4. Activities of Energy Subjects
4.1. Activities in the energy sector are carried out on the basis of a permit in cases provided for by the Law of the Republic of Azerbaijan "On Licenses and Permits".
4.2. Exploration, development, production of hydrocarbon reserves, transportation of oil and gas via export pipelines, transfer of electricity distribution networks, gas distribution networks, and gas storage facilities to management are carried out on the basis of agreements concluded between the energy subject that has obtained a permit for such activity and the body (institution) determined by the relevant executive authority.
Article 5. Types of Activities
5.1. The following types of activities are carried out in the energy sector:
- 5.1.1. Exploration of energy resources;
- 5.1.2. Development and production of energy resources;
- 5.1.4. Production of energy;
- 5.1.6. Transmission (transportation) of energy;
- 5.1.7. Distribution of energy;
- 5.1.9. Wholesale and/or retail sale of energy;
- 5.1.10. Organization of natural gas and electricity markets.
Chapter 3. State Policy and Control
Article 6. Main Principles of State Policy
6.1. The main principles of state policy in the energy sector are:
- 6.1.1. Establishment of activities in the energy sector based on market relations and free competition;
- 6.1.2. Inadmissibility of discrimination in the energy sector;
- 6.1.3. Transparency of activities and regulation in the energy sector;
- 6.1.5. Protection of rights of energy consumers;
- 6.1.6. Ensuring sustainable development in the energy sector.
Article 8. Regulator
8.1. Regulation of activities in the energy sector is carried out by the Regulator (AERA) to ensure a balance between the interests of energy subjects and energy consumers, to reconcile with the goals of state energy policy, to promote the entry of new subjects into the energy sector, and to ensure the integration of the domestic market into the international market.
Chapter 5. Sustainable Development
Article 19. Ensuring Sustainable Development
19.1. To ensure sustainable development in the energy sector, the state takes the following measures:
- 19.1.1. Promotion of competition and transition from natural monopoly to competitive conditions;
- 19.1.6. Promotion of energy production from renewable energy sources;
- 19.1.7. Attraction of private, including foreign, investments to the energy sector, implementation of public-private partnership projects.
Article 28. Entry into Force
28.1. This Law enters into force from the day of its publication.
28.2. Articles 15.3 and 15.4 of this Law shall enter into force on July 1, 2025, and Article 8, Article 10.2, and the second sentence of Article 15.6 shall enter into force on July 1, 2028.
At the same time, the Law of the Republic of Azerbaijan "On Energy" No. 541-IQ dated November 24, 1998, is repealed.
Ilham Aliyev
President of the Republic of Azerbaijan
Baku city, October 24,
2023
Energetika haqqında
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə uyğun olaraq, energetika sahəsində fəaliyyətin ümumi hüquqi, iqtisadi və idarəetmə əsaslarını, habelə enerji təhlükəsizliyinin təmin edilməsinin, sağlam rəqabət mühitinin formalaşdırılmasının, davamlı iqtisadi inkişafın dəstəklənməsinin, istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və təhlükəsiz enerji ilə təmin edilməsinin mexanizmlərini müəyyən edir.
1-ci fəsil. Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
- 1.1.1. energetika – enerjinin kəşfiyyatı, işlənilməsi, hasilatı, emalı, istehsalı, saxlanılması, alqı-satqısı, idxalı, ixracı, nəqli (ötürülməsi), paylanması və istifadəsini ehtiva edən iqtisadiyyat sahəsi;
- 1.1.2. energetika sahəsində fəaliyyət – bu Qanunun 5-ci maddəsində nəzərdə tutulan və bu Qanuna uyğun olaraq həyata keçirilən fəaliyyət növləri;
- 1.1.3. energetika obyekti – enerjinin istehsalı, emalı, nəqli (ötürülməsi), paylanması və saxlanılması üçün istifadə olunan avadanlıq, qurğu və onlara aid tikililərin məcmusu;
- 1.1.4. energetika subyekti – energetika sahəsində fəaliyyət növlərindən birini və ya bir neçəsini həyata keçirən hüquqi və ya fiziki şəxs;
- 1.1.7. enerji balansı – enerji təhlükəsizliyinin təmin edilməsi, enerjiyə olan tələb və təklifin proqnozlaşdırılması və onun göstəricilərinin yerinə yetirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən ayrı-ayrı enerji növləri üzrə uçot göstəriciləri sistemi;
Maddə 2. Energetika sahəsində qanunvericilik
2.1. Energetika sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan, “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında”, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının qanunlarından və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlardan ibarətdir.
2-ci fəsil. Energetika sahəsində fəaliyyətin əsasları
Maddə 4. Energetika subyektlərinin fəaliyyəti
4.1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda energetika sahəsində fəaliyyət növləri icazə əsasında həyata keçirilir.
4.2. Karbohidrogen ehtiyatlarının kəşfiyyatı, işlənilməsi, hasilatı, neftin və qazın ixrac boru kəmərləri vasitəsilə nəqli, elektrik enerjisinin paylayıcı şəbəkəsinin, qazpaylayıcı şəbəkənin və qaz anbarlarının idarəetməyə verilməsi... müqavilə əsasında həyata keçirilir.
Maddə 5. Energetika sahəsində fəaliyyət növləri
5.1. Energetika sahəsində aşağıdakı fəaliyyət növləri həyata keçirilir:
- 5.1.1. enerji resurslarının kəşfiyyatı;
- 5.1.2. enerji resurslarının işlənilməsi və hasilatı;
- 5.1.4. enerjinin istehsalı;
- 5.1.6. enerjinin nəqli (ötürülməsi);
- 5.1.7. enerjinin paylanması;
- 5.1.9. enerjinin topdan və (və ya) pərakəndə satışı;
- 5.1.10. təbii qaz və elektrik enerjisi bazarlarının fəaliyyətinin təşkili.
3-cü fəsil. Dövlət siyasəti və dövlət nəzarəti
Maddə 6. Dövlət siyasətinin əsas prinsipləri
6.1. Energetika sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
- 6.1.1. energetika sahəsində fəaliyyətin bazar münasibətləri və azad rəqabət əsasında qurulması;
- 6.1.2. energetika sahəsində ayrı-seçkiliyin yolverilməzliyi;
- 6.1.3. energetika sahəsində fəaliyyətin və tənzimlənmənin şəffaflığı;
- 6.1.5. enerji istehlakçılarının hüquqlarının müdafiəsi;
- 6.1.6. energetika sahəsində dayanıqlı inkişafın təmin edilməsi.
Maddə 8. Tənzimləyici
8.1. Energetika subyektlərinin və enerji istehlakçılarının maraqları arasında balansın təmin olunması və dövlət energetika siyasətinin məqsədləri ilə uzlaşdırılmasını təmin etmək... məqsədilə fəaliyyətin tənzimlənməsi tənzimləyici tərəfindən həyata keçirilir.
5-ci fəsil. Dayanıqlı inkişaf
Maddə 19. Dayanıqlı inkişafın təmin edilməsi
19.1. Energetika sahəsində dayanıqlı inkişafın təmin edilməsi üçün dövlət aşağıdakı tədbirləri görür:
- 19.1.1. rəqabətin inkişafı, təbii inhisar vəziyyətindən rəqabət şəraitinə keçidin təşviq edilməsi;
- 19.1.6. bərpa olunan enerji mənbələri hesabına enerji istehsalının təşviqi;
- 19.1.7. energetika sahəsinə özəl, o cümlədən xarici investisiyaların cəlb edilməsi, dövlət-özəl tərəfdaşlıq layihələrinin tətbiqi.
Maddə 28. Qanunun qüvvəyə minməsi
28.1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
28.2. Bu Qanunun 15.3-cü və 15.4-cü maddələri 2025-ci il iyulun 1-dən, 8-ci, 10.2-ci maddələri və 15.6-cı maddəsinin ikinci cümləsi isə 2028-ci il iyulun 1-dən qüvvəyə minir.
28.3. Bu Qanun qüvvəyə mindiyi gündən “Energetika haqqında” 1998-ci il 24 noyabr tarixli Qanun ləğv edilir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 oktyabr
2023-cü il
Об энергетике
Настоящий Закон в соответствии с пунктом 11 части I статьи 94 Конституции Азербайджанской Республики определяет общие правовые, экономические и управленческие основы деятельности в сфере энергетики, а также механизмы обеспечения энергетической безопасности, формирования здоровой конкурентной среды, поддержки устойчивого экономического развития и обеспечения потребителей надежной, качественной, доступной и безопасной энергией.
Глава 1. Общие положения
Статья 1. Основные понятия
1.1. Основные понятия, используемые в настоящем Законе, имеют следующие значения:
- 1.1.1. энергетика – отрасль экономики, включающая разведку, разработку, добычу, переработку, производство, хранение, куплю-продажу, импорт, экспорт, передачу (транспортировку), распределение и использование энергии;
- 1.1.2. деятельность в сфере энергетики – виды деятельности, предусмотренные статьей 5 настоящего Закона;
- 1.1.3. энергетический объект – совокупность оборудования, установок и относящихся к ним сооружений, используемых для производства, переработки, передачи, распределения и хранения энергии;
- 1.1.7. энергетический баланс – система учетных показателей, утверждаемая уполномоченным органом для обеспечения энергобезопасности и прогнозирования спроса и предложения.
Статья 2. Законодательство в сфере энергетики
2.1. Законодательство Азербайджанской Республики в сфере энергетики состоит из Конституции АР, международных договоров, настоящего Закона, законов «Об электроэнергетике», «О газоснабжении», «Об использовании возобновляемых источников энергии в производстве электроэнергии» и других нормативно-правовых актов.
Глава 2. Деятельность в сфере энергетики
Статья 4. Деятельность субъектов энергетики
4.1. Виды деятельности в сфере энергетики осуществляются на основании разрешения в случаях, предусмотренных Законом «О лицензиях и разрешениях».
Статья 5. Виды деятельности
5.1. В сфере энергетики осуществляются следующие виды деятельности:
- 5.1.1. разведка энергетических ресурсов;
- 5.1.2. разработка и добыча энергетических ресурсов;
- 5.1.4. производство энергии;
- 5.1.6. передача (транспортировка) энергии;
- 5.1.7. распределение энергии;
- 5.1.9. оптовая и/или розничная продажа энергии;
- 5.1.10. организация рынков природного газа и электроэнергии.
Глава 3. Государственная политика и контроль
Статья 6. Основные принципы госполитики
6.1. Основные принципы государственной политики в сфере энергетики:
- 6.1.1. построение деятельности на основе рыночных отношений и свободной конкуренции;
- 6.1.2. недопустимость дискриминации;
- 6.1.3. прозрачность деятельности и регулирования;
- 6.1.5. защита прав потребителей энергии;
- 6.1.6. обеспечение устойчивого развития.
Статья 8. Регулятор
8.1. Регулирование деятельности в сфере энергетики осуществляется Регулятором с целью обеспечения баланса интересов субъектов энергетики и потребителей, согласования с целями государственной энергетической политики.
Глава 5. Устойчивое развитие
Статья 19. Обеспечение устойчивого развития
19.1. Для обеспечения устойчивого развития государство принимает следующие меры:
- 19.1.1. развитие конкуренции, поощрение перехода от естественной монополии к конкурентной среде;
- 19.1.6. поощрение производства энергии за счет возобновляемых источников;
- 19.1.7. привлечение частных, в том числе иностранных инвестиций, реализация проектов государственно-частного партнерства.
Статья 28. Вступление в силу
28.1. Настоящий Закон вступает в силу со дня опубликования.
28.2. Отдельные статьи (15.3, 15.4) вступают в силу с 1 июля 2025 года, а статьи 8 и 10.2 - с 1 июля 2028 года.
С момента вступления в силу настоящего Закона отменяется Закон «Об энергетике» от 24 ноября 1998 года.
Ильхам АЛИЕВ
Президент Азербайджанской Республики
г. Баку, 24 октября 2023 г.